AZ

(+99450) 990 70 70
(+99412) 558 00 05
 
 

TƏSVİRİ

İçdəntaxma Ağcaqanad Toru      

Hazırlanması və satışa çıxarılması 2013-2014-cü illərə təsadüf edən yeni sistemimiz olan içdəntaxma ağcaqanad toru xüsusi maneələri olan pəncərə sistemləri üçün olduqca faydalıdır. Belə ki, pəncərələr çöldən panjur və məhəccər ilə əhatə olunmuşdursa, buna görə də çöldən montaj mümkünsüzdürsə, o zaman içdəntaxma ağcaqanad torundan istifadə olunur.

Sistem olaraq çox sadə quruluşa malik olan içdəntaxma ağcaqanad toru profil və 4 ədəd künc birləşdiricidən ibarətdir.

İçdəntaxma ağcaqanad toru havalandırılması çox tələb olunan pəncərələrdə istifadə olunması, asanlıqla taxılıb çıxarılması, alt və üst dırnaqların sayəsində küləyə davamlılığı ilə seçilir.

Sistemi təşkil edən bütün xammal sağlamlığınızın qorunması baxımından zərərli maddələrdən mühafizə olunmuşdur.

 

 

rənglər