AZ

(+99450) 990 70 70
(+99412) 558 00 05
 
 

TƏSVİRİ

2011-2012-ci illərdə hazırlanıb satışa çıxarılan yeni yarımavtomat ağcaqanad tor sistemi bazardakı standart sistemlərdən fərqlənən əlamətləri yerli və xarici müştərilərimizin əvəzolunmaz seçimidir.

Yeni yarımavtomat ağcaqand torunun göstəriciləri:

  • Profilləri olduqca davamlıdır;
  • Hazırlanışında istifadə olunan tül – Amerika, əyləc (tormoz) sistemi – İtaliya, digər aksessuar və plastik xammal isə – Türkiyə istehsalıdır;
  • Xammalı keyfiyyət baxımından insan sağlamlığına zərər verməyən maddələrdən hazırlanmışdır;
  • Bərkitmə mexanizmi standart yarımavtomat sistemində 2 ədəd plastik parçadan ibarət olduğu halda, yeni yarımavtomat ağcaqanad tor sistemində boydan-boya bağlanan alt alüminum parçadan ibarətdir. Plastik materiallardan hazırlanan bərkitmə mexanizmi 1-1,5 il içində qırıldığı halda, alüminium profillərdə qırılma ehtimalı ümumiyyətlə yoxdur;
  • İstifadə olunan tül aydın görünüşü ilə seçilir, pəncərədən baxdığınız zaman təbiət mənzərəsini pozmur və alovlanmaq ehtimalı yoxdur;
  • Dəfələrlə açılıb-bağlanmasına baxmayaraq, yay mexanizmi xarab olmur;
  • Standart sistemlərdə əyləc (tormoz) sistemi istifadə olunmadığı üçün yuxarı qaldırılarkən çaxılır və narahat edici səs yaranır. Buna görə də mexanizm qısa müddətdə sıradan çıxır. Yeni yarımavtomat ağcaqanad tor sistemində isə əyləc sistemi çaxılmanın qarşısını alır, avtomatik olaraq ehmallı şəkildə yuxarı yığılır (qapı üçün olan sistemlər istisnadır), nəticədə mexanizm uzunmüddətli işləyir;
  • Hazırlanışı və montajı olduqca asandır və bağlayıcı profilə bərkidilir;
  • Uzunmüddətli istifadə nəticəsində və ya ehtiyyatsızlıqdan tül və ya hansısa aksessuarı zərər görərsə, profilə xələl gətirmədən asanlıqla yenilənir, mexanizm əvvəlki kimi işləyir;

Yeni yarımavtomat ağcaqanad tor sistemini istədiyiniz rəng seçimində asanlıqla plastik, alüminium və ya ağac materialından olan qapı-pəncərələrdə istifadə edə bilərsiniz.

 

rənglər